Təhsil İdman Peşə İnnovasiya Karyera

Peşə Təhsili

Logo

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Peşə Sahibi Ol, Dəyər Yarat” mövzusunda təşkil olunan görüş uğurla baş tutub

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Peşə Sahibi Ol, Dəyər Yarat” mövzusunda təşkil olunan görüş uğurla baş tutub

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Peşə Sahibi Ol, Dəyər Yarat” mövzusunda təşkil olunan görüş uğurla baş tutdu.

Tədbir çərçivəsində Arkivan-Transport LLC şirkətinin rəhbəri Abdulla Abdullayev iştirakçılarla görüşərək öz həyat yolundan, 0-dan başlayaraq zirvəyə yüksəlməyin çətinlikləri, zəhmət və əzmin uğura aparan əsas amillər olduğunu vurğuladı. O, şəxsi təcrübəsi əsasında gənclərə məqsədyönlü olmağın və daim inkişaf etməyin vacibliyini çatdırdı.

Görüşdə çıxış edən Caucasus GEO Survey şirkətinin təsisçisi və direktoru Rauf Amanov isə işinin peşəkarı olmaq üçün diqqət edilməli əsas məqamlara toxundu. Rauf bəy peşəkarlığın yalnız biliklə deyil, məsuliyyət, intizam, davamlı öyrənmə, praktiki təcrübə və işə sevgi ilə formalaşdığını xüsusi vurğuladı.

Çıxışlar gənclər tərəfindən böyük maraqla qarşılandı və iştirakçılar üçün həm motivasiyaedici, həm də maarifləndirici oldu.


Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Peşə Sahibi Ol, Dəyər Yarat” mövzusunda təşkil olunan görüş uğurla baş tutub Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Peşə Sahibi Ol, Dəyər Yarat” mövzusunda təşkil olunan görüş uğurla baş tutub Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Peşə Sahibi Ol, Dəyər Yarat” mövzusunda təşkil olunan görüş uğurla baş tutub Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Peşə Sahibi Ol, Dəyər Yarat” mövzusunda təşkil olunan görüş uğurla baş tutub Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Peşə Sahibi Ol, Dəyər Yarat” mövzusunda təşkil olunan görüş uğurla baş tutub Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Peşə Sahibi Ol, Dəyər Yarat” mövzusunda təşkil olunan görüş uğurla baş tutub
19 Fevral 2026