Layihənin əsas məqsədi gənclərin şəhərsalma və memarlıq sahəsində məlumatlılıq, bilik və bacarıqlarını inkişaf etdirmək, onların yaradıcı düşüncəsini gücləndirmək, eyni zamanda milli memarlıq irsinin qorunması və müasir şəhər ekosisteminin formalaşdırılmasına dair qrafik və vizual baxışlarını ortaya qoymaqdır.
Layihə çərçivəsində dizayn və yaradıcılıq istiqamətləri üzrə təhsil alan hər bir qrup öz layihəsini hazırlayaraq təqdim etməlidir. Təqdim olunan layihələr şəhər mühitinin planlaşdırılması, yaşayış və ictimai binaların dizaynı, abadlıq işləri, ekoloji və dayanıqlı memarlıq yanaşmaları, eləcə də milli memarlıq elementlərinin müasir tərzdə tətbiqini əhatə etməlidir.
Hazırlanan layihələr:
Şəhərsalma prinsiplərinə uyğunluq,
Memarlıq estetikası,
Funksionallıq və təhlükəsizlik,
İnnovativ yanaşma və kreativ ideya,
Ekoloji və sosial əhəmiyyət meyarları əsasında qiymətləndiriləcəkdir.
“Tikdim ki, izim qala” layihəsi tələbələrə öz ideyalarını reallaşdırmaq, gələcək peşə fəaliyyətlərində iz qoyacaq layihələr hazırlamaq və şəhərsalma ilə memarlıq sahəsində məsuliyyətli yanaşma formalaşdırmaq məqsədi daşıyır.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026