Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilən “110 Kitab” sosial-təhsil layihəsi çərçivəsində maarifləndirici görüş baş tutdu.
Layihənin rəhbəri, direktor müavini Ramil Məmmədli tədbiri açaraq proqramın məqsədi, icra mexanizmi və qarşıya qoyulan əsas hədəflər barədə geniş məlumat verdi. O qeyd etdi ki, layihə tələbələrdə davamlı mütaliə vərdişi formalaşdırmaq, nitq və analitik düşünmə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.
Daha sonra layihənin koordinatoru, Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa müəllimə qiraət prosesinin təşkili, kitab siyahısı və qiymətləndirmə mexanizmi haqqında ətraflı danışdı.
Tələbə Gənclər Təşkilatının sədr müavini Elay isə kitab oxumağın qiraət, nitq mədəniyyəti və natiqlik bacarıqlarına müsbət təsirini vurğuladı.
Tədbirin sonunda mərkəzin direktor vəzifəsini icra edən Əlağa Kərimov yekun çıxış edərək layihənin mərkəz üçün xüsusi əhəmiyyət daşıdığını bildirdi, tələbələrə uğurlar arzuladı və bu təşəbbüsün davamlı olacağını qeyd etdi.
Sonda tələbələrə kitablar paylanıldı. Növbəti görüşdə oxunan kitabların müzakirəsi təşkil olunacaq.
“110 Kitab” layihəsi tələbələrin intellektual və mənəvi inkişafına xidmət edən mühüm təşəbbüsdür.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026