Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bir qrup tələbəsi, istehsalat təlim ustası İsmayılova Əfsanə müəllimin rəhbərliyi ilə, FAB Şirkətlər Qrupu-na ekskursiyada iştirak ediblər.
Ekskursiya zamanı tələbələr müəssisənin istehsal sahələri ilə yaxından tanış oldular, məhsulların hazırlanma mərhələlərini izlədilər və istehsalat prosesinin təşkili barədə ətraflı məlumat əldə etdilər.
Həmçinin FAB Akademiyası-nın fəaliyyəti, eləcə də keyfiyyətə nəzarət laboratoriyalarında aparılan sınaq və təcrübələr haqqında məlumat verildi.
Sonda tələbələrə müəssisə tərəfindən simvolik hədiyyələr təqdim olundu, xatirə şəkilləri çəkdirildi. Ekskursiya çay süfrəsi arxasında xoş əhvali-ruhiyyədə başa çatdı.
Mərkəzimiz adından ekskursiyanın təşkilinə və göstərilən diqqətə görə FAB Boya və Kimya Sənayesi MMC-nin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026