Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin həyata keçirdiyi “Beyin Mərkəzi” layihəsi çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsili Mərkəzinin tələbələrinin kibertəhlükəsizlik üzrə təlim proqramını uğurla başa vurması münasibətilə sertifikat təqdimetmə mərasimi təşkil olunub.
Təlim proqramı kibertəhlükəsizlik sahəsində nəzəri və praktiki biliklərin sistemli şəkildə inkişaf etdirilməsinə xidmət edir və iştirakçıların əmək bazarının müasir tələblərinə uyğun peşəkar kadr kimi formalaşmasına şərait yaradır. Bu istiqamətdə ixtisaslı mütəxəssislərin hazırlanması isə ölkənin rəqəmsal təhlükəsizliyinin gücləndirilməsində strateji əhəmiyyət daşıyır.
Proqram çərçivəsində tələbələr informasiya təhlükəsizliyi, şəbəkə təhlükəsizliyi, kibertəhdidlərin aşkarlanması və qarşısının alınması, eləcə də risklərin idarə olunması istiqamətlərində həm nəzəri biliklər, həm də praktiki bacarıqlar əldə ediblər.
Tədbirin əsas hissəsində təlim proqramını uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub. Sonda tərəflər arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsi və bu istiqamətdə yeni təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026