22–27 sentyabr 2026-cı il tarixlərində Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək “WorldSkills Shanghai 2026” beynəlxalq yarışının kibertəhlükəsizlik istiqaməti üzrə Final Seçim Mərhələsi keçirilib.
Dünyanın 89 ölkəsindən 1000-dən çox iştirakçı və ekspertin qatılacağı nüfuzlu beynəlxalq platformada Azərbaycanı təmsil edəcək mütəxəssislərin hazırlanması prosesi Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “WorldSkills Azərbaycan” arasında qurulmuş strateji əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Yarışa hazırlıq və seçim prosesi İRİA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkil olunub. Final mərhələsində əvvəlki seçim turunda yüksək nəticə göstərmiş 30 iştirakçı mübarizə aparıb.
Seçim çərçivəsində iki genişmiqyaslı CTF (Capture The Flag) yarışı təşkil olunub. Bütün proses Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ixtisaslaşmış ekspert-mentor heyəti tərəfindən idarə olunub. 2 hissədən ibarət final mərhələsində iştirakçıların həm müdafiə və insidentlərə reaksiya bacarıqları, həm də hücum metodları və sistem boşluqlarının istismarı üzrə bilikləri yoxlanılıb. Tapşırıqlar beynəlxalq yarış tələblərinə uyğun hazırlanıb və iştirakçıların texniki səviyyəsini, qərarvermə qabiliyyətini və real ssenarilərdə performansını qiymətləndirməyə yönəlib.
Seçim mərhələsinin nəticələrinə əsasən ən yüksək göstəricilərə sahib 10 nəfərə qədər iştirakçı yekun intensiv təlim proqramına cəlb olunacaq və beynəlxalq arenaya hazırlıq mərhələsinə keçəcək. Təlim proqramı beynəlxalq yarış formatına uyğun olaraq texniki biliklərin dərinləşdirilməsini, praktiki səriştələrin artırılmasını və qlobal kibertəhlükəsizlik çağırışlarına cavab verə bilən mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Proqramı uğurla başa vuran 2 iştirakçı “WorldSkills Shanghai 2026” beynəlxalq yarışında kibertəhlükəsizlik istiqaməti üzrə Azərbaycanı təmsil edəcək.
Bu seçim və hazırlıq prosesi ölkədə kibertəhlükəsizlik sahəsində dayanıqlı peşəkar kadr ehtiyatının formalaşdırılmasına, milli potensialın qlobal standartlarla uzlaşdırılmasına və Azərbaycanın beynəlxalq peşəkar platformalarda mövqelərinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Dövlət qurumları arasında qurulan effektiv əməkdaşlıq və institusional yanaşma Azərbaycanın rəqəmsal gələcəyinə yönəlmiş strateji prioritetlərin ardıcıl şəkildə həyata keçirilməsini təmin edir.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026