Bu gün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Improtex Industries” şirkətinin nümayəndə heyətini qəbul edib. Səfər çərçivəsində qonaq nümayəndələr üçün Mərkəzdə infotur təşkil olunub, müasir emalatxanalarla yaxından tanışlıq aparılıb, həmçinin tədris və praktik təlim prosesi barədə ətraflı məlumat verilib.
Baş tutan görüş zamanı tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması imkanları müzakirə edilib. Müzakirələr çərçivəsində müasir əmək bazarının tələblərinə uyğun olaraq mütəxəssislər üçün birgə ixtisasartırma proqramlarının təşkili, tələbə və yeni məzunların nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsi məqsədilə istehsalat və peşə təcrübələrinin, eləcə də qısamüddətli və uzunmüddətli təlim proqramlarının həyata keçirilməsi ön plana çəkilib.
Eyni zamanda təhsil müəssisəsi ilə sənaye tərəfdaşı arasında dual təhsil modelinin tətbiqi, tələbələrin real iş mühitində praktiki biliklər əldə etməsi, robototexnika və avtomatlaşdırma sahəsində birgə layihələrin icrası, məzunların mövcud vakant iş yerlərinə yönləndirilməsi və perspektivli tələbələr üçün təqaüd proqramlarının yaradılması məsələləri diqqət mərkəzində olub. Görüşdə, həmçinin, əmək bazarının real ehtiyaclarına əsaslanan ixtisaslar üzrə tələb-təkliflərin birgə hazırlanması və tədris proqramlarının bu tələblərə uyğunlaşdırılmasının vacibliyi vurğulanıb.
Görüş sənaye ilə peşə təhsili arasında əməkdaşlığın gücləndirilməsi, praktik yönümlü və dayanıqlı kadr hazırlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026