Təhsil İdman Peşə İnnovasiya Karyera

Peşə Təhsili

Logo

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunmuş dərnəyi bitirən tələbələrə sertifikatlar təqdim edilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunmuş dərnəyi bitirən tələbələrə sertifikatlar təqdim edilib

Mərkəzdə təşkil olunan 2 aylıq dərnəyin əsas məqsədi tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması, estetik zövqünün formalaşdırılması və incəsənət vasitəsilə özünü ifadə bacarıqlarının inkişaf etdirilməsi olmuşdur. Təlim müddətində iştirakçılara kompozisiya quruluşu, xətt və forma anlayışı, işıq-kölgə prinsipləri və əsas rəsm texnikaları üzrə nəzəri və praktik biliklər verilmişdir.

Dərnək prosesində tələbələrin müşahidə qabiliyyəti, diqqət və səbr vərdişləri inkişaf etmiş, eyni zamanda onların özünə inamı və yaradıcı düşünmə bacarığı güclənmişdir.

Proqramın yekun tədbiri Mərkəzin rəhbərliyinin iştirakı ilə keçirilmiş, iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Təqdim edilən sertifikatlar tələbələrin iki ay ərzində göstərdikləri fəallığın və əldə etdikləri nailiyyətlərin təsdiqidir.

Mərkəz olaraq tələbələrimizin hərtərəfli inkişafına yönəlmiş bu kimi təşəbbüslərin davam etdirilməsi nəzərdə tutulur.


Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunmuş dərnəyi bitirən tələbələrə sertifikatlar təqdim edilib Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunmuş dərnəyi bitirən tələbələrə sertifikatlar təqdim edilib Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunmuş dərnəyi bitirən tələbələrə sertifikatlar təqdim edilib Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunmuş dərnəyi bitirən tələbələrə sertifikatlar təqdim edilib Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunmuş dərnəyi bitirən tələbələrə sertifikatlar təqdim edilib Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunmuş dərnəyi bitirən tələbələrə sertifikatlar təqdim edilib
20 Fevral 2026