Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyi PHŞ – 2025/2026-cı tədris ili
Liseyimizin 6 aylıq əl-elektrik qaynaqçı qrupunun istehsalat təcrübəsi uğurla davam edir. Təcrübəyə başlamazdan əvvəl liseyimizin Əməyin mühafizəsi üzrə mühəndisi Aslan Əliyev tələbələrə təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verərək onların sağlam və təhlükəsiz şəraitdə çalışmasının vacibliyini xüsusi vurğuladı.
Qrup rəhbəri Rəvan Nəcəfov təcrübə müddətində tələbələrlə yaxından maraqlanaraq onların həm peşə bacarıqlarını, həm də istehsalat mühitinə uyğunlaşmasını diqqətdə saxlayır. Hər bir tələbənin inkişafı, peşəyə sevgisi və məsuliyyət hissi daim nəzarətdədir.
Liseyimizin baş ustası Tamerlan Məmmədov isə təcrübənin təşkilinə nəzarət edərək tələbələrimizin gördüyü işləri yoxladı, onlara öz tövsiyələrini verdi və peşəkar məsləhətləri ilə motivasiya etdi.
Bu gün tələbələrimiz yalnız qaynaq etməyi deyil, həm də:
əməyin mühafizəsi qaydalarına riayət etməyi
komanda şəklində işləməyi
məsuliyyətli və dəqiq olmağı
real istehsalat mühitində peşəkar davranış nümayiş etdirməyi öyrənirlər
Peşə təhsili – gələcəyin etibarlı təminatıdır!
Biz inanırıq ki, bugünkü təcrübə sabahın peşəkar ustalarını formalaşdırır.
Uğurlarınız bol olsun, gələcəyin peşəkar qaynaqçıları!
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026