“Xocalı Həqiqətlərinə Susmayaq” adlı anım tədbiri
25 fevral 2026-cı il tarixində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzi, N.Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi və Ağcabədi Regional “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə Ağcabədi Regional “ASAN xidmət” Mərkəzində anım tədbiri keçirilmişdir. Tədbir Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin, “Aranyolu” qəzetinin, Ağcabədi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Ağcabədi Bayraq Muzeyinin, Ağcabədi rayon Dövlət Rəsm Qalereyasının əməkdaşlarının, N.Allahverdiyev adına Ağcabədi Peşə Məktəbinin müəllim və tələbə heyətinin, eləcə də Ağcabədi Regional “ASAN xidmət” Mərkəzinin könüllülərinin iştirakı ilə baş tutdu.
Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı və Ağcabədi Regional “ASAN xidmət” Mərkəzinin könüllülər üzrə mütəxəssisi Çinarə Ağayevanın moderatorluğu ilə keçirildi. Tədbirdə təşkilatçı müəssisələrin nümayəndələri həmçinin, “Aranyolu” qəzetinin baş redaktoru, prezident təqaüdçüsü Məhsəti Musa çıxış edərək, Xocalı Soyqrımının səbəbləri, xalqımızın tarixində silinməz iz qoyduğu, həmin gecə dinc əhaliyə qarşı xüsusi amansızlıqla törədilən qətliamın heç vaxt unudulmayacağı və bu faciədən çıxarmalı olduğumuz dərslər barəsində məlumat verdirlər.
Daha sonra tədbir Ağcabədi rayon MKS-nin və Ağcabədi rayon Dövlət Rəsm Qalereyasının Xocalı faciəsini əks etdirən kitab, buklet, foto və rəsm sərgisinə baxış ilə davam etdi. Anım mərasimi dərin ehtiram hissi ilə başa çatdı.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026