Xocalı Soyqırımının 34-cü ildönümü münasibətilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Xocalı – unudulmayan tarix, qazanılan qələbə” adlı anım tədbiri keçirilib.
Tədbir çərçivəsində Xocalı Soyqırımı şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad olunub, faciənin tarixi əhəmiyyəti və milli yaddaşımızdakı yeri vurğulanıb. Mərkəzin direktoru Şaban Cəərçiyev çıxış edərək gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyindən danışıb.
Həmçinin Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas Akif Rəfiyev həmin dövrün siyasi vəziyyəti, xalqımızın üzləşdiyi çətinliklər və birlik ruhunun əhəmiyyəti barədə fikirlərini bölüşüb. Xocalı faciəsini yaşamış, o gecənin canlı şahidi Sevinc Vəliyeva isə şəxsi xatirələrini tədbir iştirakçıları ilə paylaşaraq faciənin insan talelərində buraxdığı izləri diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində Xocalı faciəsini və Qarabağ Zəfərini əks etdirən videoçarx nümayiş olunub, tələbələrin ifasında Xocalıya həsr olunmuş şeirlər səsləndirilib. Sonda tələbələr tərəfindən hazırlanmış “Qayıdış” adlı səhnə kompozisiyası təqdim edilib.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026