Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müəllifi Aygün Hüseyn olan kitabda şəhidin həyat yolu, vətənpərvərlik ruhu və ailəsinə bağlılığı əks olunub. Təqdimat mərasimində şəhidin valideynləri və yaxın qohumları, Qəbələ şəhid ailələrinin üzvləri, ziyalılar, yazarlar, qonaqlar, eləcə də mərkəzin mühəndis-pedaqoji heyəti və tələbələri iştirak ediblər.
Çıxış edənlər şəhidlərin xatirəsinin yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayaraq, Şəhid Soltanbəyli Tamerlana həsr olunan bu kitabın gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacağını bildiriblər.
Şəhidin valideynləri tədbirin təşkilatçılarına və müəllifə təşəkkür edərək, oğullarının Vətən qarşısındakı xidmətləri ilə qürur duyduqlarını qeyd ediblər. Onlar belə tədbirlərin şəhidlərin xatirəsinin daim uca tutulmasına xidmət etdiyini bildiriblər.
Daha sonra müəllif Aygün Hüseyn çıxış edərək kitabın ərsəyə gəlmə prosesindən danışıb, kitabda şəhidin həyatının müxtəlif məqamlarına yer verildiyini və onun Vətənə sevgisinin, qəhrəmanlıq yolunun gənc nəsil üçün örnək olduğunu vurğulayıb.
Tədbir çərçivəsində şəhidə həsr olunmuş videoçarx nümayiş etdirilib və iştirakçılar tərəfindən böyük maraq və duyğusal anlarla qarşılanıb.
Sonda “Anam yolumu gözləyir” kitabı iştirakçılara təqdim olunub, tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
Bu kimi tədbirlər gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsinə, şəhidlərin əziz xatirəsinin daim yaşadılmasına, milli-mənəvi dəyərlərin təbliğinə xidmət edir.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026