Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Memorandumun imzalanma mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə qeyd edib ki, müasir aqrar texnologiyaların tətbiqi və istehsalatla təhsilin inteqrasiyası, peşə təhsilinin keyfiyyətini yeni mərhələyə yüksəldəcək və bu əməkdaşlıq innovativ yanaşmaların genişlənməsinə, eləcə də dayanıqlı inkişafın təmin olunmasına xidmət edəcək.
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev əməkdaşlığın aqrar sektorun davamlı inkişafına, insan kapitalının daha da möhkəmlənməsinə və ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
Memorandumu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı və Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev imzalayıblar.
Sənədin imzalanmasında əsas məqsəd aqrar sahədə peşə hazırlığının səmərəliliyini artırmaq, rəqabətqabiliyyətli və ixtisaslı kadrların hazırlanmasına nail olmaq, peşə təhsilini aqrar sahənin real ehtiyaclarına uyğunlaşdırmaq, eləcə də regionlarda dayanıqlı inkişafı dəstəkləməklə peşəkar kadr hazırlığını gücləndirməkdir.
Memoranduma əsasən, tərəflər aqrar sahə üzrə ixtisaslı kadrların hazırlanması və onların rəqabət qabiliyyətinin artırılması istiqamətində birgə fəaliyyət göstərəcəklər. Həmçinin peşə təhsili müəssisələrinin tələbələrinin laboratoriya, baytarlıq, bitki mühafizəsi və kənd təsərrüfatı texnikası sahələrində praktiki bilik və bacarıqlar əldə etməsi üçün müvafiq şərait yaradılacaq.
Eyni zamanda, aqrar texnologiyaların tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi, müasir yanaşmaların təşviqi və sahə üzrə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin olunması da əməkdaşlığın əsas istiqamətləri sırasında yer alır.
Qeyd edək ki, əməkdaşlıq aqrar sahədə peşə təhsilinin yeni mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyır və gələcəkdə sektorun inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026