Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Tədbirlərin Təşkilatçısı qrupunun tələbəsi Aliyə Cabbarovanın təqdimatında “Səbrin rəngləri” adlı maarifləndirici və yaradıcı tədbir keçirildi.
Tədbirin əsas qonağı Ebru sənətinin tanınmış ustası Sevinc Əliyeva idi. O, çıxışı zamanı bu qədim və zərif sənət növünün tarixi kökləri, formalaşma mərhələləri, özünəməxsus bədii xüsusiyyətləri və hazırlanma texnologiyası haqqında geniş və ətraflı məlumat verdi. Bildirildi ki, səbr, dəqiqlik və incə zövq tələb edən ebru sənəti su üzərində xüsusi boyalarla naxışların yaradılması və daha sonra həmin naxışların kağız üzərinə köçürülməsi prosesi ilə həyata keçirilir.
Sevinc Əliyeva çıxışı zamanı ebru sənətinin sirlərini nəzəri şəkildə izah etməklə yanaşı, tələbə və müəllim kollektivinə real nümunələr də təqdim etdi. O, sənətin icra mərhələlərini canlı şəkildə nümayiş etdirərək iştirakçılara bu yaradıcılıq prosesini əyani formada izləmək imkanı yaratdı. Rənglərin su üzərində ahəngdar şəkildə yayılması və müxtəlif alətlər vasitəsilə formalaşdırılması tədbir iştirakçıları tərəfindən böyük maraq və heyranlıqla qarşılandı.
“Səbrin rəngləri” adlı tədbir tələbələrin estetik dünyagörüşünün zənginləşdirilməsi, milli və dünya dekorativ-tətbiqi sənət nümunələrinə marağın artırılması baxımından xüsusi əhəmiyyət kəsb etdi.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026