Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov son illər Azərbaycanın siyasi, hərbi və texnoloji sahələrdə mühüm nailiyyətlər əldə etdiyini qeyd edib. O bildirib ki, suverenliyin tam bərpası ilə ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub və bu mərhələdə Rəqəmsal Azərbaycanın qurulması əsas prioritetlərdən biridir.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxışında müasir dövrdə liderlik anlayışının geniş məna daşıdığını vurğulayaraq, strateji baxışın, milli maraqlara sadiqliyin və davamlı inkişafın bu anlayışın əsas tərkib hissələri olduğunu qeyd edib.
Digər çıxış edənlər də ölkəmizdə aparılan uğurlu dövlət siyasətindən, suverenliyin möhkəmləndirilməsi və rəqəmsallaşmanın cəmiyyətin inkişafındakı rolundan bəhs edərək bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Sonda partiya fəaliyyətində fəal iştirak etdiyinə görə bir qrup üzvə Fəxri Fərmanlar verilib, partiyaya yeni qəbul edilmiş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026