Tələbələrin peşəkar inkişafını dəstəkləmək və onların əmək bazarına daha hazırlıqlı şəkildə çıxmasına kömək etmək məqsədilə həyata keçirilən ilk Tələbə Mentorluq Proqramı çərçivəsində növbəti mərhələyə start verilib. Hazırda proqramda iştirak edəcək tələbələrin – mentilərin seçilməsi üçün müsahibə mərhələsi keçirilir.
Proqram çərçivəsində müxtəlif sahələri təmsil edən 15 mentor tələbələrə mentorluq dəstəyi göstərəcək. Mentorluq prosesində iştirak edəcək tələbələrimiz müsahibə mərhələsindən keçərək müəyyənləşdirilir və onların maraq dairələri ilə mentorların fəaliyyət istiqamətləri uyğunlaşdırılır.
Mentorluq proqramının əsas məqsədləri:
tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirmək;
real iş mühiti ilə tanışlığını artırmaq;
karyera planlamasında istiqamət verməkdir.
Seçilmiş tələbələr:
mentorlarla fərdi və qrup görüşlərində iştirak edəcək;
praktiki bilik və təcrübə qazanacaq;
peşə sahələri üzrə karyera inkişafı ilə bağlı tövsiyələr əldə edəcəklər.
Qeyd edək ki, Tələbə Mentorluq Proqramı Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində tələbələrin əmək bazarına hazırlığının gücləndirilməsi, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi və məzunların məşğulluq imkanlarının artırılması istiqamətində həyata keçirilən mühüm təşəbbüslərdən biridir.
Növbəti mərhələdə seçilmiş mentor və mentilər arasında əməkdaşlıq başlayacaq və tələbələrin karyera inkişafı davamlı şəkildə izlənəcək.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026