Tipik.az Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə istinadən məlumat verir ki,
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Avtomobillə beynəlxalq sərnişin daşıma və logistika operatoru” ixtisası üzrə təhsil alan tələbəsi Şahin Əliyev Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən “Novruz-2026” Ümumdünya Gənclər Festivalı və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Gənclər Forumunda Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edib.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən forum çərçivəsində müxtəlif ölkələrdən olan gənclər üçün rəsmi, mədəni və maarifləndirici proqram təşkil olunub. Şahin Əliyev forumun “Sahibkarlıq və biznes əməkdaşlığı” panelində çıxış edərək “Azərbaycanın peşə təhsili üzrə dövlət proqramı və gənclər üçün perspektivlər” mövzusunda təqdimat edib. Çıxış zamanı ölkəmizdə peşə təhsilinin inkişaf istiqamətləri, həyata keçirilən dövlət təşəbbüsləri və gənclər üçün yaradılan imkanlar haqqında ətraflı məlumat verilib. Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb və beynəlxalq təcrübə mübadiləsi üçün faydalı müzakirələrə zəmin yaradıb.
Həmçinin, proqrama tarixi və mədəni abidələrə ziyarətlər, milli stendlər və sərgilər, Novruz tədbirləri, eləcə də dostluq görüşləri daxil edilib. Bununla yanaşı, iqlim dəyişikliyi, sahibkarlıq, innovativ iqtisadiyyat, rəqəmsallaşma, yeni texnologiyalar və könüllülük kimi aktual mövzular üzrə müzakirələr aparılıb.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026