Əl işləri sərgi-yarmarkamız böyük maraqla qarşılandı!
Ağcabədi Pedaqoji Kollecində N.Allahverdiyev adına Ağcabədi Peşə Məktəbinin tələbələrinin hazırladıqları əl işlərindən ibarət sərgi-yarmarka təşkil olundu.
Tələbələrimizin zəhməti və yaradıcılığı ilə hazırlanan dekorativ kompozisiyalar, suvenirlər və müxtəlif bədii əl işləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Sərgi yalnız nümayiş xarakteri daşımadı — yarmarka formatında keçirilən tədbirdə satışlar həyata keçirildi, bir sıra əl işləri üçün sifarişlər də verildi. Bu isə tələbələrin əməyinə verilən yüksək qiymətin və onların bacarıqlarına olan marağın göstəricisidir.
Tədbirdə məktəbin direktoru, TTİ üzrə direktor müavini, ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları, həmçinin Ağcabədi Pedaqoji Kollecinin direktor müavini və kollektivi iştirak edərək tələbələrin əl işləri ilə yaxından tanış oldular və onların yaradıcılıq potensialını yüksək qiymətləndirdilər.
Belə tədbirlər iki təhsil müəssisəsi arasında əməkdaşlığın daha da möhkəmlənməsinə və gələcəkdə birgə layihələrin həyata keçirilməsinə mühüm töhfə verir. Qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdirilməsi planlaşdırılır.
Tələbələrimizin zəhməti, yaradıcılığı və təşəbbüskarlığı bir daha göstərdi ki, peşə təhsili bacarıq, yaradıcılıq və real nəticələrin vəhdətidir.
+994 21 274 01 58
agcebedipm@vet.edu.az
Ağcabədi rayonu Üzeyir Hacıbəyli pr. 210
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026