Tərəfdaşlarımızın dəstəyi ilə Novruz şənliyimiz daha rəngarəng oldu.
N.Allahverdiyev adına Ağcabədi Peşə Məktəbində keçirilən Novruz şənliyinin uğurla baş tutmasında tərəfdaşlarımızın və qonaqlarımızın dəstəyi xüsusi rol oynadı. Tədbirin təşkilinə və daha da rəngarəng keçməsinə verdikləri töhfələrə görə dəyərli qonaqlarımıza təşəkkürümüzü bildiririk.
“Aran Yolu” qəzetinin baş redaktorunun müavini Gündüz Sevindik tədbirə göstərdiyi media dəstəyi ilə məktəbimizin fəaliyyətinin ictimaiyyətə çatdırılmasına töhfə verdi.
2 saylı Körpələr evi–uşaq bağçasının müdiri Şəbnəm Mirheydərova bağçanın kiçik rəqs dəstəsinin iştirakı ilə bayram tədbirimizin daha şən və yaddaqalan olmasına dəstək göstərdi.
Ü.Hacıbəyli adına Ağcabədi Uşaq İncəsənət Məktəbinin direktoru İbadət Ağayev isə milli geyimlərin təqdim olunması ilə tədbirimizə xüsusi milli kolorit qatdı.
Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzinin bədii rəhbəri Rövşən Məmmədov tədbir zamanı sintezator ifası ilə iştirakçılara xoş bayram ab-havası bəxş etdi.
Qənbər Ağayev (5 qat dünya çempiyonu), Alpaqut döyüş sənəti üzrə müəllim, öz tələbəsi və məktəbimizin Sistem və Şəbəkə Xidməti üzrə Texnik ixtisasının tələbəsi Toğrul Şirinzadə ilə birlikdə nümunəvi çıxışlar nümayiş etdirərək tədbirə maraqlı və dinamik anlar qatdı.
Göstərdikləri diqqətə və dəstəyə görə bütün tərəfdaşlarımıza təşəkkür edir, gələcəkdə də birgə fəaliyyətimizin davamlı olacağına inanırıq.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026