Mingəçevir şəhərində Novruz bayramı münasibətilə möhtəşəm bayram tədbiri təşkil olunub. Baharın gəlişini simvolizə edən bu şənlikdə şəhərin müxtəlif təhsil müəssisələri, kollektivlər və ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi də tədbirdə özünəməxsus şəkildə təmsil olunub. Məktəbin tələbələri tərəfindən hazırlanmış əl işlərindən ibarət sərgi bayram iştirakçılarının böyük marağına səbəb olub. Sərgidə nümayiş etdirilən müxtəlif dekorativ-tətbiqi sənət nümunələri tələbələrin yaradıcılıq qabiliyyətini və peşə bacarıqlarını əks etdirib.
Tədbir çərçivəsində Novruzun zəngin milli ənənələri, xalq oyunları və bayram atributları təqdim olunaraq iştirakçılara xoş əhval-ruhiyyə bəxş edib. Belə tədbirlər gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və onların yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Novruz bayramınız mübarək!
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026