24 aprel 2026-cı il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Sahibkarlar Günü münasibətilə sahibkarlarla səhər yeməyi formatında görüş təşkil olunub. Tədbirin əsas məqsədi peşə təhsili ilə biznes sektoru arasında əməkdaşlığın gücləndirilməsi, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığının təşviqi və yeni tərəfdaşlıqların qurulması olub.
Görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı çıxış edərək peşə təhsilinin inkişaf istiqamətlərindən bəhs edib. O, dual təhsil modellərinin tətbiqinin genişləndirilməsi, istehsalat təcrübələrinin artırılması və sahibkarlarla birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra Mərkəzin direktoru Şaban Cəərçiyev rəhbərlik etdiyi təhsil müəssisəsinin maddi-texniki bazası, tədris imkanları və sənaye ilə inteqrasiya istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat təqdim edib.
Tədbir çərçivəsində peşə təhsili ilə biznes sektoru arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə bir sıra şirkətlərlə əməkdaşlıq memorandumları imzalanıb. Memorandumlar “AAC” MMC, “Allsmart Technologies” MMC, “Tuna Nəşriyyat” QSC, Minera İnşaat, Azərbaycan HR İnstitutu və KVET Əlavə Təhsil Mərkəzi ilə imzalanıb.
Əməkdaşlıqlar tikinti, ağıllı ev sistemləri, nəşriyyat, insan resurslarının idarə olunması, beynəlxalq təcrübə transferi və innovativ təlim proqramlarının tətbiqi kimi istiqamətləri əhatə edir.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026