Təhsil İdman Peşə İnnovasiya Karyera

Peşə Təhsili

Logo

Ölkəmizi təmsil edəcək milli komanda Qazaxıstana yola salınıb.

Ölkəmizi təmsil edəcək milli komanda Qazaxıstana yola salınıb.

    “DOSTI Skills Kokshetau 2026” Beynəlxalq Sənaye Müsabiqəsində ölkəmizi təmsil edəcək milli komandamızı Qazaxıstana yola saldıq.  

    Komandamız müsabiqədə “Elektronika” ixtisası üzrə mübarizə aparacaq və Azərbaycanı beynəlxalq peşə bacarıqları platformasında təmsil edəcək.

Beynəlxalq müsabiqələr tələbələrimiz üçün yeni təcrübə, qlobal sənaye standartları ilə tanışlıq və peşəkar inkişaf baxımından mühüm platformadır. İnanırıq ki, komandamız ölkəmizi layiqincə təmsil edəcək və əldə olunacaq uğurlar digər gənclər üçün də motivasiya mənbəyinə çevriləcək. 

     Ölkəmizi  Qazaxstanda təmsil edəcək nümayəndə heyətini yola salanlar arasında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şaban Cəərçiyevdə var . 

Ölkəmizi təmsil edən gənclərdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələridir .

 Tipik.az Gənclər Platforması xəbəri Peşə Təhsil Mərkəzinin Direktoru Şaban Cəərçiyevin sosial şəbəkə hesabına istinadən yayır . 

Tipik.az Gənclər Platforması olaraq Gənclərimizə uğurlar diləyir və qalibiyyətlə vətənə dönmələrini diləyirik .


Ölkəmizi təmsil edəcək milli komanda Qazaxıstana yola salınıb.
12 May 2026