Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Teknopark İstanbul Peşə və Texniki Anadolu Liseyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində “SİBER KÖPRÜ” layihəsinə rəsmi olaraq başlanılıb.
Layihə çərçivəsində informasiya-kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik ixtisasları üzrə təhsil alan 42 tələbə türkiyəli mütəxəssislərin iştirakı ilə təşkil edilən onlayn təlim proqramına cəlb olunub. 8 həftə davam edəcək proqramın sonunda iştirakçılar Cisco tərəfindən təqdim olunan “CCNA: Introduction to Networks” və “Cybersecurity Essentials” beynəlxalq sertifikatlarını əldə etmək imkanı qazanacaqlar.
Qlobal səviyyədə tanınan bu sertifikatlar tələbələrin peşəkar kompetensiyalarını gücləndirməklə yanaşı, onların əmək bazarına daha hazırlıqlı mütəxəssislər kimi daxil olmalarına şərait yaradır.
Layihənin ilkin mərhələsinin cari ilin may ayının sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Növbəti mərhələdə isə təlim prosesində fərqlənən 12 tələbənin yay aylarında Teknopark İstanbul Peşə və Texniki Anadolu Liseyində iki həftəlik təcrübə proqramında iştirakı planlaşdırılır.
Proqram çərçivəsində iştirakçılar şəbəkə texnologiyaları, sistemlərin qurulması və kibertəhlükəsizlik sahəsində həm nəzəri, həm də praktiki biliklər əldə edəcək, real iş mühitinə uyğun bacarıqlarını inkişaf etdirəcəklər. Eyni zamanda tələbələr hazırladıqları startap ideyalarının kommersiyalaşdırılması istiqamətində sahibkarlıq təlimlərinə qatılacaqlar.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026