WorldSkills Azərbaycan komandası “DOSTI SKILLS KOKSHETAU 2026” çempionatında elektronika üzrə II yerə layiq görülüb.
Qazaxıstanın Akmola vilayətində “DOSTI SKILLS KOKSHETAU 2026” Beynəlxalq Sənaye Çempionatı keçirilib. Çempionat Kokşetau Ali Texniki Kollecinin bazasında təşkil olunaraq müxtəlif ölkələrdən iştirakçı və ekspertləri bir araya gətirib. 🌍
Tədbirdə Azərbaycan, Avstriya, Səudiyyə Ərəbistanı və Yaponiyadan olan beynəlxalq ekspertlər iştirak edərək qabaqcıl təcrübələrini bölüşüb, kompetensiyaların qiymətləndirilməsində yüksək standartların tətbiqinə töhfə veriblər.
🏆 Çempionatda iştirakçılar elektronika, avtonom mobil robototexnika, prototipləşdirmə və PUA-nın istismarı istiqamətləri üzrə bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycanı “Elektronika” istiqaməti üzrə WorldSkills Azərbaycan komandasının üzvləri tələbə qismində Orxan Mustafayev, ekspert qismində isə Eldar Məhərrəmli təmsil ediblər.
Komanda final mərhələsində yüksək nəticə göstərərək II yerə layiq görülüb. 🇦🇿
“DOSTI SKILLS KOKSHETAU 2026” beynəlxalq əməkdaşlığın genişləndirilməsi, peşə təhsilinin inkişafı və mühəndislik potensialının nümayişi baxımından mühüm platforma kimi qiymətləndirilir.
Azərbaycan bayrağı WorldSkills Shanghai 2026-nın açılış mərasimində!
23 Sentyabr 2026
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuran məzunlarla görüş keçirilib
30 İyul 2026
Peşə təhsili müəssisələri 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur
18 İyun 2026
Peşə təmayüllü siniflər Qəbələ Peşə Təhsil Mərkəzinin qonağı oldular
21 May 2026
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Açıq qapı günü” keçirilir
12 May 2026
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Xankəndi şəhərində keçirilən WUF13 festivalında təmsil olunub
12 May 2026
Peşə Təhsil Mərkəzinin direktoru 2 ci Beynəlxalq Aqrar İnnovasiya Platformasında çıxış edib
10 May 2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə voleybol üzrə yoldaşl…
9 May 2026
İMİŞLİ PEŞƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
8 May 2026
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Caspian Agro Week "sərgisi çərçivəs…
8 May 2026