Təhsil İdman Peşə İnnovasiya Karyera

Gənclər Evi

Logo

Mingəçevir Gənclər Evində 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib

Mingəçevir Gənclər Evində 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib

Tədbir ana dilimizin zənginliyinə və milli-mənəvi dəyərlərimizə həsr olunub. Aparıcılar Elton Əliyev və Lətifə Əhmədzadə qonaqları salamlayaraq tədbiri açıq elan ediblər. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər ana dilinin milli kimliyimizdə və dövlətçiliyimizdə mühüm rolundan bəhs ediblər. Bədii hissədə gənclər milli rəqslər, mahnılar və şeirlər səsləndiriblər.

Eyni zamanda Azərbaycan səhnə sənətinin inciləri olan Arşın mal alan və O olmasın, bu olsun əsərlərindən səhnəciklər təqdim olunub.

Mirzə Ələkbər Sabirin “Oxutmuram, əl çəkin” şeiri də səhnələşdirilərək böyük maraqla qarşılanıb.

Sonda təşkilatçılar iştirakçılara təşəkkür edərək belə tədbirlərin gənclərin milli ruhda formalaşmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.


Mingəçevir Gənclər Evində 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib Mingəçevir Gənclər Evində 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib Mingəçevir Gənclər Evində 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib Mingəçevir Gənclər Evində 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib Mingəçevir Gənclər Evində 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib Mingəçevir Gənclər Evində 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib
22 Fevral 2026