Təhsil İdman Peşə İnnovasiya Karyera

Gənclər Evi

Logo

Neftçala Olimpiya İdman Kompleksində “Könüllülük Akademiyası” layihəsi çərçivəsində proqram keçirilib

Neftçala Olimpiya İdman Kompleksində “Könüllülük Akademiyası” layihəsi çərçivəsində proqram keçirilib

Gənclər və İdman Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Neftçala Olimpiya İdman Kompleksində “Könüllülük Akademiyası” layihəsi çərçivəsində proqram keçirilib. Proqramda ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən 15 Gənclər Evi sosial xidmət müəssisəsindən 50 könüllü iştirak edib.

Proqram çərçivəsində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov iştirakçılarla görüşüb, onların suallarını cavablandırıb.

Layihə iştirakçıları Neftçala Heydər Əliyev Mərkəzinə ekskursiya edərək Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən materiallarla tanış olublar. Proqramda gənclərin inkişafına yönəlik təlimlər, intellektual yarışlar, psixoloq seminarları və süni intellektin rolu ilə bağlı təqdimatlar keçirilib. Asudə vaxtda voleybol, futbol, stolüstü tennis və digər idman oyunları təşkil olunub. İştirakçılar həmçinin “Xıllı Balıq” MMC balıq emalı müəssisəsinə ekskursiya edərək istehsal prosesi ilə tanış olublar.

Layihədə Göyçay Gənclər evini təmsil edən gənclər fəal iştirak edib.


Neftçala Olimpiya İdman Kompleksində “Könüllülük Akademiyası” layihəsi çərçivəsində proqram keçirilib Neftçala Olimpiya İdman Kompleksində “Könüllülük Akademiyası” layihəsi çərçivəsində proqram keçirilib Neftçala Olimpiya İdman Kompleksində “Könüllülük Akademiyası” layihəsi çərçivəsində proqram keçirilib Neftçala Olimpiya İdman Kompleksində “Könüllülük Akademiyası” layihəsi çərçivəsində proqram keçirilib Neftçala Olimpiya İdman Kompleksində “Könüllülük Akademiyası” layihəsi çərçivəsində proqram keçirilib Neftçala Olimpiya İdman Kompleksində “Könüllülük Akademiyası” layihəsi çərçivəsində proqram keçirilib
15 Fevral 2026