Təhsil İdman Peşə İnnovasiya Karyera

Gənclər Evi

Logo

Göyçay Gənclər Evində “İlk yardım, ilk addım” adlı ilkin tibbi yardımın göstərilməsi mövzusunda maarifləndirici təlim keçirilib

Göyçay Gənclər Evində “İlk yardım, ilk addım” adlı ilkin tibbi yardımın göstərilməsi mövzusunda maarifləndirici təlim keçirilib

13.02.2026-cı il tarixində Göyçay Gənclər Evində “İlk yardım, ilk addım” adlı ilkin tibbi yardımın göstərilməsi mövzusunda maarifləndirici təlim keçirildi.

Təlimin əsas məqsədi gənclərin fövqəladə hallarda düzgün və operativ qərar vermə bacarıqlarının artırılması, ilkin tibbi yardımın əsas prinsiplərinin onlara aşılanması olub. Təlim zamanı bayılma, yanıq və donvurma, iflic və sudurğa, sınıq və çıxıq hallarında hansı addımların atılmalı olduğu, zərərçəkmişə necə düzgün yanaşmaq lazım gəldiyi barədə ətraflı məlumat verildi. Eyni zamanda, səhv müdaxilələrin qarşısının alınması və təcili tibbi yardım gələnədək görülməli vacib tədbirlər izah olundu.

İştirakçılar mövzu ətrafında suallar ünvanlayaraq müzakirələrdə fəal iştirak etdilər.

Qeyd edək ki, təlim Göyçay Gənclər Evinin metodisti Aytən Rüstəmova tərəfindən keçirildi.


Göyçay Gənclər Evində “İlk yardım, ilk addım” adlı ilkin tibbi yardımın göstərilməsi mövzusunda maarifləndirici təlim keçirilib Göyçay Gənclər Evində “İlk yardım, ilk addım” adlı ilkin tibbi yardımın göstərilməsi mövzusunda maarifləndirici təlim keçirilib Göyçay Gənclər Evində “İlk yardım, ilk addım” adlı ilkin tibbi yardımın göstərilməsi mövzusunda maarifləndirici təlim keçirilib Göyçay Gənclər Evində “İlk yardım, ilk addım” adlı ilkin tibbi yardımın göstərilməsi mövzusunda maarifləndirici təlim keçirilib Göyçay Gənclər Evində “İlk yardım, ilk addım” adlı ilkin tibbi yardımın göstərilməsi mövzusunda maarifləndirici təlim keçirilib Göyçay Gənclər Evində “İlk yardım, ilk addım” adlı ilkin tibbi yardımın göstərilməsi mövzusunda maarifləndirici təlim keçirilib
13 Fevral 2026