Təhsil İdman Peşə İnnovasiya Karyera

Gənclər Evi

Logo

Şəmkir rayon Tarix Diyarşünaslıq Muzeyində Xocalı Soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilmişdir

Şəmkir rayon Tarix Diyarşünaslıq Muzeyində Xocalı Soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilmişdir

Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi nəzdində fəaliyyət göstərən Şəmkir rayon Tarix Diyarşünaslıq Muzeyində Xocalı Soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilmişdir. 

Tədbir muzey, Heydər Əliyev Mərkəzi, Peşə Liseyi və Şəmkir Gənclər Evinin birgə əməkdaşlığı ilə 25.02.2026-cı il tarixində təşkil olunmuşdur. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. 

Tədbiri muzeyin direktoru Günel Rzayeva açaraq Xocalı faciəsinin tarixi mahiyyəti, başvermə səbəbləri və ağır nəticələri barədə ətraflı məlumat vermişdir. 

Peşə Liseyinin tarix müəllimi Mübarək Hacıyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərinə qarşı törədilmiş dəhşətli hadisələrdən danışaraq, bu faciənin xalqımıza qarşı planlı şəkildə həyata keçirilmiş soyqırım aktı olduğunu vurğulamışdır. 

Gənclər Evinin əməkdaşı Ümman İbrahimli Xocalı mövzusuna həsr olunmuş kitablar haqqında məlumat verərək gəncləri tariximizin qan yaddaşını unutmamağa və mütaliəyə xüsusi önəm verməyə çağırmışdır. 

Mərkəzin əməkdaşı Arzu Həsənova isə 1992-ci ildə baş vermiş faciənin cəmiyyətdə yaratdığı dərin sarsıntılar və hadisə ilə bağlı tarixi faktlar barədə xatirələrini iştirakçılarla bölüşmüşdür. 

Tədbirin sonunda “Buzları əriyən Xocalı” adlı film nümayiş etdirilmiş, iştirakçılar Xocalı faciəsini əks etdirən rəsm və kitab sərgilərinə baxış keçirmişlər.


Şəmkir rayon Tarix Diyarşünaslıq Muzeyində Xocalı Soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilmişdir Şəmkir rayon Tarix Diyarşünaslıq Muzeyində Xocalı Soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilmişdir Şəmkir rayon Tarix Diyarşünaslıq Muzeyində Xocalı Soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilmişdir Şəmkir rayon Tarix Diyarşünaslıq Muzeyində Xocalı Soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilmişdir Şəmkir rayon Tarix Diyarşünaslıq Muzeyində Xocalı Soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilmişdir Şəmkir rayon Tarix Diyarşünaslıq Muzeyində Xocalı Soyqırımının 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilmişdir
25 Fevral 2026