Təhsil İdman Peşə İnnovasiya Karyera

Gənclər Evi

Logo

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – Unudulmaz haray” adlı tədbir keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – Unudulmaz haray” adlı tədbir keçirilib

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərimizin və Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının dinc əhalisinə qarşı törədilmiş soyqırımın insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri olduğu qeyd olunub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Zəfəri və uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib, Xocalı separatçılardan tam təmizlənib, qurbanların qanı yerdə qalmayıb.

Tədbir zamanı tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiyalar təqdim olunub, şəhidlərə və Vətənə həsr edilmiş şeirlər səsləndirilib. Həmçinin Xocalı həqiqətlərini əks etdirən videoçarxlar nümayiş etdirilib.

Xocalı Soyqırımının ildönümü ilə əlaqədar xüsusi dərslər keçirilib, bir neçə qrup tələbələr Şəhidlər xiyabanını ziyarət edərək məzarlar üzərinə güllər düzüblər və şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.


Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – Unudulmaz haray” adlı tədbir keçirilib Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – Unudulmaz haray” adlı tədbir keçirilib Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – Unudulmaz haray” adlı tədbir keçirilib Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – Unudulmaz haray” adlı tədbir keçirilib Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – Unudulmaz haray” adlı tədbir keçirilib Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – Unudulmaz haray” adlı tədbir keçirilib
26 Fevral 2026