Xocalı Faciəsinin 34-cü ildönümü - "Xocalı Qəhrəmanlıq və Faciə Tariximiz"
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar olaraq Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbində anım tədbiri keçirilmişdir. Tədbirin məqsədi 1992-ci il fevralın 26-da baş vermiş dəhşətli faciənin qurbanlarını yad etmək, gənc nəslə tarixi həqiqətləri çatdırmaq və şəhidlərimizin xatirəsini ehtiramla anmaq olmuşdur.
Tədbir çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımov haqqında sənədli film nümayiş olunmuşdur. Filmdə qəhrəmanın döyüş yolu, Vətənə sədaqəti və göstərdiyi igidlik nümunələri geniş şəkildə əks olunmuşdur. İştirakçılar qəhrəmanlıq salnaməsi ilə yaxından tanış olmuş, onun şücaəti bir daha dərin hörmətlə yad edilmişdir.
Daha sonra tədbir iştirakçıları Milli Qəhrəman Natiq Qaımovun büstünü ziyarət etmiş, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anmışlar. Şəhidlərimizin ruhuna dualar oxunmuş, onların Vətən uğrunda göstərdikləri fədakarlığın heç zaman unudulmayacağı vurğulanmışdır.
Xocalı faciəsi xalqımızın yaddaşında silinməz iz qoymuş tarixi həqiqətdir. Bu faciənin qurbanlarını anmaq hər birimizin vətəndaşlıq borcudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Xocalı soyqırımı qurbanlarının xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Unutmadıq, unutmayacağıq
Göyçay Gənclər evinin könüllüləri Beynəlxalq Muzeylər Günü münasibətilə Bayraq Muzeyinə ekskursiya …
18 May 2026
Şəmkir, Qazax, Ağstafa Tovuz Gənclər Evlərinin könüllüləri “Milli Gənclər Dialoqu” adlı təlimdə işt…
17 May 2026
“Beynəlxalq Ailə Günü” münasibətilə “Ən güclü bağ – Ailə” mövzusunda dəyirmi masa keçirilib
15 May 2026
Şəmkir Gənclər Evində gənclərin iştirakı ilə “Daxili Sakitlik və Meditasiya” adlı maarifləndirici t…
15 May 2026
Şəmkir Gənclər evində “Stressin idarə olunması və emosional sağlamlıq” mövzusunda psixoloji seans t…
12 May 2026
Şəmkir Gənclər Evində gənclər üçün “Azərbaycanda tarix yazan şəxsiyyətlər” mövzusunda maarifləndiri…
20 Aprel 2026
Şəmkir Gənclər Evində WUF13 – Ümumdünya Şəhər Forumu ilə bağlı geniş maarifləndirici təlim keçirild…
16 Aprel 2026
Göyçay rayonunun Bığır kəndində Qafqaz İslam Ordusunun əsgəri Mustafa Çavuşun məzarı keçirilib
31 Mart 2026
Ucar Gənclər Evində İKT kursları təşkil olunur
29 Mart 2026
Ucarda “Təhsildə Süni İntellekt” təlimi maarifici təlim keçirilib
24 Mart 2026