Təhsil İdman Peşə İnnovasiya Karyera

Gənclər Evi

Logo

Mingəçevir Gənclər Evinin könüllü gəncləri El TV-yə səfər edib

Mingəçevir Gənclər Evinin könüllü gəncləri El TV-yə səfər edib

Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin könüllü gəncləri üçün maraqlı və yadda qalan bir gün oldu. Onlar El TV-yə səfər edərək televiziya mühiti ilə yaxından tanış oldular.

Səfər zamanı gənclərə studiya şəraiti, çəkiliş prosesi, montaj otaqları və xəbərlərin hazırlanma mərhələləri haqqında məlumat verildi. Televiziya əməkdaşları öz təcrübələrini bölüşərək media sahəsinin maraqlı tərəflərindən danışdılar.

Gənclər xüsusilə canlı yayım studiyasına böyük maraq göstərdilər. Aparıcı kürsüsünə əyləşərək özlərini aparıcı kimi sınadılar və kamera ilə işıq avadanlıqlarının necə işlədiyini öyrəndilər.

Səfərin sonunda isə xatirə şəkli çəkdirildi.


Mingəçevir Gənclər Evinin könüllü gəncləri El TV-yə səfər edib Mingəçevir Gənclər Evinin könüllü gəncləri El TV-yə səfər edib Mingəçevir Gənclər Evinin könüllü gəncləri El TV-yə səfər edib Mingəçevir Gənclər Evinin könüllü gəncləri El TV-yə səfər edib Mingəçevir Gənclər Evinin könüllü gəncləri El TV-yə səfər edib
5 Mart 2026