Təhsil İdman Peşə İnnovasiya Karyera

Gənclər Evi

Logo

2026-cı ilin Gənclər Paytaxtı olan Goranboyda BaharFest keçirilib

2026-cı ilin Gənclər Paytaxtı olan Goranboyda BaharFest keçirilib

Festivalda ölkənin müxtəlif bölgələrindən olan “Gənclər Evi” sosial xidmət müəssisələri fəal iştirak ediblər. Gənclər evlərinin Novruz atributlarını və bahar əhval-ruhiyyəsini əks etdirən sərgiləri nümayiş olunub. Stendlərdə həm onların fəaliyyəti, həyata keçirdikləri layihələr, həm də milli-mənəvi dəyərlərimizi əks etdirən guşələr təqdim edilib.

Şəmkir Gənclər Evi də festivalda aktiv şəkildə təmsil olunub. Onların təqdim etdiyi stend ziyarətçilər tərəfindən maraqla qarşılanıb və geniş diqqət cəlb edib. Bölgələrdən olan gənclərin iştirakı ilə folklor nümunələri, musiqi və müxtəlif ifalar nümayiş olunub. 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi milli mədəniyyətimizi və mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz ənənələrinin gənclər arasında təbliği və yaşadılması, region gənclərinin sosial-mədəni həyatına töhfə vermək, bayram əhval-ruhiyyəsini yüksəltmək, eyni zamanda insanlar arasında birlik və mehribanlığı daha da möhkəmləndirmək olub.

Tədbir iştirakçıların böyük marağı ilə qarşılanıb və bayram ab-havasında yadda qalan anlarla başa çatıb.


2026-cı ilin Gənclər Paytaxtı olan Goranboyda BaharFest keçirilib 2026-cı ilin Gənclər Paytaxtı olan Goranboyda BaharFest keçirilib 2026-cı ilin Gənclər Paytaxtı olan Goranboyda BaharFest keçirilib 2026-cı ilin Gənclər Paytaxtı olan Goranboyda BaharFest keçirilib 2026-cı ilin Gənclər Paytaxtı olan Goranboyda BaharFest keçirilib 2026-cı ilin Gənclər Paytaxtı olan Goranboyda BaharFest keçirilib
18 Mart 2026