Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Muzeyin direktoru Ülkər Talıbzadə çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində mühüm və şərəfli yer tutduğunu vurğuladı. O, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətli siyasi iradəsi, Müzəffər Ordumuzun qəhrəmanlığı, xalqımızın həmrəyliyi, şəhidlərimizin fədakarlığı və qazilərimizin göstərdiyi şücaətin Zəfərin əldə olunmasında mühüm rol oynadığını qeyd etdi.
Həmçinin Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş hazırlığı və əzmkarlıq xüsusi vurğulandı. Tədbirdə muzeyin baş fond mühafizi Günel Əsədova və böyük elmi işçi Elminaz Məmmədli çıxış edərək Vətən müharibəsinin tarixi əhəmiyyəti və qəhrəmanlıq salnaməsi haqqında məruzələrlə çıxış etdilər. Çıxışlarda şəhidlərimizin əziz xatirəsinin daim yaşadılması və qazilərimizin Vətən qarşısındakı xidmətlərinin ehtiramla yad edilməsi xüsusi qeyd olundu. Tədbirin sonunda Vətən müharibəsinin gedişini və qəhrəmanlıq nümunələrini əks etdirən film nümayiş etdirildi. Tədbir şəhidlərimizin əziz xatirəsinə ehtiram, qazilərimizə minnətdarlıq və Vətənə bağlılıq duyğuları ilə başa çatdı.
“Zəfər nəsli” proqramı çərçivəsində “Şam işığında konsert” keçirilib
10 Noyabr 2026
Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.
6 Noyabr 2026
Məktəblilərin Ordubada ekskursiyası təşkil olunub
23 Oktyabr 2026
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026
Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb!
12 Oktyabr 2026
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
1 Oktyabr 2026
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
28 İyul 2026
Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
24 İyul 2026
Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət e…
24 İyul 2026
Adil Kərimli “Əndican – Türk Dünyasının Mədəniyyət Paytaxtı 2026” ilinin açılış mərasimində iştirak…
25 İyun 2026