Təhsil İdman Peşə İnnovasiya Karyera

Mədəniyyət

Logo

Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb!

Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb!

Yaradıcılıq fəaliyyətini uğurla davam etdirən müğənni Şahbaz Alinin iki həftə əvvəl təqdim etdiyi “Gəl” adlı yeni mahnısı dinləyicilərin diqqətini cəlb edib. Sənətçinin yeni musiqi işi dinləyicilər tərəfindən sevgi və maraqla qarşılanaraq müsbət rəylər alıb.

Mahnının söz və musiqisi İstehza təxəllüsü ilə tanınan reper Fərid Mikayıla məxsusdur. Müxtəlif yaradıcılıq üslublarını bir araya gətirən layihə Şahbaz Alinin musiqi yolunda növbəti addımı kimi diqqət çəkir.

“Gəl” mahnısı üçün hazırlanan fotosessiyanın müəllifi isə tanınmış fotoqraf Azər Cəfərdir. Sənətçinin yeni obrazını əks etdirən fotolar layihənin vizual estetikasını tamamlayaraq dinləyicilərin diqqətini çəkib.

Şahbaz Ali yeni layihəsinə göstərilən sevgi və diqqətə görə dinləyicilərinə təşəkkürünü bildirərək yaradıcılıq fəaliyyətini davam etdirir.


Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb! Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb!
12 Oktyabr 2026