Təhsil İdman Peşə İnnovasiya Karyera

Mədəniyyət

Logo

Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.

Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.

Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.

Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən şanlı Zəfərimizin növbəti ildönümü münasibətilə Abdulla Şaiqin Mənzil-Muzeyində “Vətən sevgisindən zəfər zirvəsinə” adlı təntənəli tədbir keçirildi. Tədbir Azərbaycan xalqının qazandığı tarixi qələbənin əhəmiyyətini işıqlandırmaq, şəhidlərimizin əziz xatirəsini yad etmək və böyüməkdə olan nəslə Vətən sevgisini aşılamaq məqsədi daşıyırdı.

Tədbirin rəsmi giriş hissəsi muzeyin kiçik elmi işçisi Fəridə Məmmədovanın aparıcılığı ilə başladı. Dövlət müstəqilliyimizin və Zəfərimizin mənəvi əsaslarının vurğulandığı mərasimdə, ilk növbədə, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin bədii hissəsinin açılışını muzeyin direktoru Ülkər Talıbzadə edərək Şuşanın azad edilməsinin hərbi-strateji və mədəni-tarixi əhəmiyyətini akademik müstəvidə diqqətə çatdırdı. Daha sonra söz alan Abdulla Şaiqin Mənzil-Muzeyinin nəzdində fəaliyyət göstərən “Vətən” Yaradıcılıq Dərnəyinin rəhbəri, yazıçı Arzu Hacızadə Zəfər Gününə dair dərin təəssüratlarını bölüşərək, milli kimliyin və patriotik şüurun gənc nəslə aşılanmasının vacibliyini qeyd etdi.

Bədii hissənin aparıcısı Nur Nuralizadənin təqdimatında dərnək üzvləri və gənc istedadlar Vətənə, müzəffər Orduya və Zəfərə həsr olunmuş ədəbi-bədii kompozisiyalarla çıxış etdilər. Tədbir Zəfər ruhunu, dövlətə sədaqət və milli həmrəylik ideallarını tərənnüm edən təsirli fortepiano ifası və vətənpərvərlik ruhunda mahnıların təqdimatı ilə müşayiət olundu. Məclisdə Ulu Öndər Heydər Əliyevin inamlı nitqini, Müzəffər Ordumuzun Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətini, Vətən müharibəsinin tarixi anlarını, Şuşanın azad olunmasını və azad edilmiş torpaqlarda aparılan quruculuq işlərini əks etdirən videoçarxın nümayişi ilə başa çatdı.

 Belə tədbirlərin keçirilməsi şanlı tariximizin elmi-mədəni irs müstəvisində yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.


Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub. Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub. Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub. Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub. Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub. Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub. Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.
6 Noyabr 2026