Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) birgə əməkdaşlığı çərçivəsində sentyabrın 10-da “Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə: hüquqi çərçivə və ictimai məsuliyyət” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirdə Səhiyyə Nazirliyinin rəsmiləri, həmçinin Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Baş Prokurorluq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
İctimai müzakirənin əsas məqsədi qanunsuz tibbi fəaliyyət hallarına qarşı mübarizə tədbirlərinin effektivliyinin artırılması, mövcud hüquqi çərçivənin təkmilləşdirilməsi, dövlət qurumları ilə özəl sektor arasında daha sıx dialoqun formalaşdırılması, özəl klinikaların reputasiyası, ictimaiyyətin etimadının möhkəmləndirilməsi və ictimai məsuliyyətin artırılmasıdır.
Açılış nitqi ilə çıxış edən ÖTMA İdarə Heyətinin sədri Günel Əliyeva qanunsuz tibbi fəaliyyətin pasiyentlərin sağlamlığına vurduğu təhlükələrdən və mövcud problemlərin aradan qaldırılması üçün birgə səylərin vacibliyini vurğulayıb. Bildirilib ki, həm özəl tibb müəssisələri, həkimlər, həm də pasiyentlər öz hüquq və vəzifələrini bilməlidir, eyni zamanda qanunvericilyin tələblərinə mütləq qaydada riayət edilməlidir.
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev müzakirə olunan mövzunun aktuallığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Səhiyyə Nazirliyinin qanunsuz tibb fəaliyyəti ilə mübarizəyə qanunvericilik, nəzarət, dövlət qurumları arasında koordinasiyalı fəaliyyətlər və ictimai iştirakçılıq kimi 4 əsas prizmadan yanaşır. Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizənin effektiv aparılması üçün aydın hüquqi və tənzimləyici çərçivənin mövcud olması, nəzarət mexanizmlərinin optimallaşdırılması, aidiyyəti dövlət qurumları ilə koordinasiyalı fəaliyyətlərin gücləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqinin genişləmdirilməsinin mühü əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, bu platformada ictimai iştirakçılıq amilləri, vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi, maarifləndirmə tədbirləri, səhiyyə qurumları ilə pasiyentlərin arasında inamın formalaşdırılmasının vacibliyi qeyd edilib.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev və digər çıxışçılar qanunsuz tibbi fəaliyyətin qarşısının alınması yolları, dövlət nəzarəti mexanizmləri, pasiyentlərin məlumatlılığının artırılması və maarifləndirmə kampaniyalarının əhəmiyyətini vurğulayıblar.
Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb.
“İdman Zədələnmələrinin Qarşısının Alınması və Risklərin Təhlili” mövzusunda seminar təşkil olundu.
31 Oktyabr 2026
Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı?
23 İyun 2026
Evdə hazırlanan dondurma təhlükəlidirmi? - AÇIQLANDI
23 İyun 2026
“Şəkərsiz” adı ilə satılan qidalarla bağlı XƏBƏRDARLIQ
22 İyun 2026
"Yay mövsümündə tez xarab olan məhsullar və onların qorunma yolları" - QİDA MÜTƏXƏSSİSİ DANIŞDI
21 İyun 2026
Süfrələrdən ayaq açan ağrı-acılar
20 İyun 2026
Qida israfının qarşısını necə almaq olar? -EKSPERT DANIŞDI
19 İyun 2026
Broyler toyuqlar niyə zərərlidir? AÇIQLANDI
17 İyun 2026
Bu çiyələkləri almayın!
15 İyun 2026
Küçə qidaları nə dərəcədə təhlükəsizdir?
13 İyun 2026