Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın “Bambino Gesu” pediatrik xəstəxanası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
İmzalanma Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Müqəddəs Taxt-Taca səfəri çərçivəsində baş tutub. Sənədi Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və “Bambino Gesu” xəstəxanasının rəhbəri Tiziano Onesti imzalayıblar.
Anlaşma memorandumu çərçivəsində Avropanın ən böyük pediatrik tibb müəssisəsi ilə təlim-tədris proqramlarının həyata keçirilməsi, molekulyar genetika və fərdi tibbi yanaşma sahəsində birgə tədqiqatların aparılması, eləcə də Azərbaycanda müalicəsi mümkün olmayan mürəkkəb klinik halların “Bambino Gesu” ilə birgə diaqnostikası və müalicəsi nəzərdə tutulur. Əməkdaşlığın əsas istiqamətlərini Azərbaycanda pediatriya sahəsində çalışan tibb işçilərinin peşəkar bilik və bacarıqlarının artırılması, molekulyar genetika, klinik diaqnostika və nadir xəstəliklər sahəsində birgə elmi və klinik fəaliyyətlərin təşkili, habelə genom diaqnostikası və fərdi tibbi yanaşmaların ölkəmizdə tətbiqinin genişləndirilməsi təşkil edir.
1869-cu ildə əsası qoyulan “Bambino Gesu” xəstəxanası hazırda uşaq xəstəlikləri üzrə Avropanın ən böyük xəstəxanası və tədqiqat mərkəzi, eyni zamanda, bütün növ uşaq orqan, hüceyrə və toxuma transplantasiyasını yerinə yetirmək üçün səlahiyyətli Avropa mərkəzlərindən biridir. Xəstəxana, həmçinin 40-dan çox ölkənin iştirak etdiyi nadir xəstəliklər üçün ən böyük qlobal məlumat bazası olan “Orphanet”in İtaliyadakı qərargahıdır.
“İdman Zədələnmələrinin Qarşısının Alınması və Risklərin Təhlili” mövzusunda seminar təşkil olundu.
31 Oktyabr 2026
Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı?
23 İyun 2026
Evdə hazırlanan dondurma təhlükəlidirmi? - AÇIQLANDI
23 İyun 2026
“Şəkərsiz” adı ilə satılan qidalarla bağlı XƏBƏRDARLIQ
22 İyun 2026
"Yay mövsümündə tez xarab olan məhsullar və onların qorunma yolları" - QİDA MÜTƏXƏSSİSİ DANIŞDI
21 İyun 2026
Süfrələrdən ayaq açan ağrı-acılar
20 İyun 2026
Qida israfının qarşısını necə almaq olar? -EKSPERT DANIŞDI
19 İyun 2026
Broyler toyuqlar niyə zərərlidir? AÇIQLANDI
17 İyun 2026
Bu çiyələkləri almayın!
15 İyun 2026
Küçə qidaları nə dərəcədə təhlükəsizdir?
13 İyun 2026