Xəbər Ağstafa rayon İcra hakimiyyətinin rəsmi saytına istinadən verilir .
Türkiyənin nümayəndə heyəti gənclər və idman sahəsində əməkdaşlığa yönəlmiş mütəxəssis mübadiləsi proqramı çərçivəsində Ağstafa RİH başçısı Seymur Orucovla görüşüb.
Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında təşkil olunan görüşdə Ortahisar Rayon Gənclər və İdman İdarəsinin müdiri Yunus Ali Civil, nümayəndə heyətinin digər üzvləri, Faruk Asma Hayder, Metin Çabuk İrfan, Süleyman Bacıoğlu Sadettin, Emre Kaya Selahattin, Gökmen Kaptan Mevlüt, Abdulkadir Günal Hasan, Mihraç Paslı Kemal, İlkay Şahin Yusuf, o cümlədən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin sektor müdiri Ülviyyə Hacıyeva və aparıcı məsləhətçisi Mikayıl Novruzov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və rayonun məsul şəxsləri iştirak ediblər.
Görüşdə “İdman mütəxəssisi Mübadilə Proqramı”nın yüksək əhəmiyyətindən söz açılıb, idman və gənclər sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının da yüksək səviyyəsi, hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verildiyi qeyd olunub.
Seymur Orucov tarixi köklərlə bir birinə bağlı olan Azərbaycan və Türkiyə bütün münasibətlərini İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri ilə qardaşlıq prinsipləri əsasında dövlətlər arası münasibətlərin dünya siyasi tarixində rast gəlinməyən şəkildə davam etdiyini vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin qardaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Görüşdə tərəflər arasında geniş fikir mübadiləsi aparılıb, hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
“İnklüzivliyin Sirri 12” adlı konfrans uğurla baş tutdu
19 Sentyabr 2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib
19 Sentyabr 2026
“Söz Gücü: Debat Klubu” layihəsi çərçivəsində debat çempionatı keçirilib
23 İyun 2026
“Bakı MUN 2025 – Gənc Diplomatlar Konfransı” layihəsi çərçivəsində 2 günlük BMT simulyasiya konfran…
16 İyun 2026
“Düşün, Danış, Yüksəl” qrant layihəsi uğurla yekunlaşıb
14 May 2026
Naxçıvanı intellekt yarışlarında təmsil edəcək komandalarla görüş keçirilib.
7 May 2026
Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir k…
6 May 2026
eTAP və Narıncı Art təşkilatlarının birgə əməkdaşlığı ilə uğurlu fəaliyyət
6 May 2026
Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifliyə həsr olunmuş “Vətənin Azəri” sənədli filminin n…
1 May 2026
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Ağstafada növbəti könüll…
28 Aprel 2026