Tipik.az Gənclər Platforması Naxçıvan Muxtar Respublikası Gənclər və idman Nazirliyinin rəsmi saytına istinadən xəbər verir .
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənc əməkdaşlar arasında qurumlararası II “GİNius” intellektual yarışının ölkə üzrə final mərhələsi keçiriləcək. Mayın 8-də Bakı şəhərində təşkil olunacaq əsas mərhələ yarışında Naxçıvanı 3 komanda təmsil edəcək.
Mayın 5-də Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov muxtar respublika üzrə mərhələ yarışlarının qalibi olmaqla finalda iştirak hüququ qazanmış komandaların üzvlərini qəbul edib. Görüş zamanı nazir müavini gəncləri təbrik edib, onların əldə etdikləri uğurun bilik, zəhmət və komanda ruhunun nəticəsi olduğunu vurğulayıb. Qeyd olunub ki, bu cür intellektual yarışlar gənc əməkdaşların dünyagörüşünün genişlənməsi, analitik düşüncə qabiliyyətinin inkişafı və qurumlar arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Məcid Seyidov Naxçıvanı təmsil edən komandaların final mərhələsində uğur qazanacaqlarına inamını ifadə edib, onlara məsuliyyətli yarışda yüksək nəticələr arzulayıb.
Görüşdən sonra komandalarla xatirə fotoları çəkdirilib.
Xatırladaq ki, aprel ayında keçirilən muxtar respublika üzrə mərhələ yarışında Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi birinci, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ikinci, Naxçıvan Baş Gömrük İdarəsi isə üçüncü yerə layiq görülmüşdü.
“İnklüzivliyin Sirri 12” adlı konfrans uğurla baş tutdu
19 Sentyabr 2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib
19 Sentyabr 2026
“Söz Gücü: Debat Klubu” layihəsi çərçivəsində debat çempionatı keçirilib
23 İyun 2026
“Bakı MUN 2025 – Gənc Diplomatlar Konfransı” layihəsi çərçivəsində 2 günlük BMT simulyasiya konfran…
16 İyun 2026
“Düşün, Danış, Yüksəl” qrant layihəsi uğurla yekunlaşıb
14 May 2026
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Ağstafaya səfər edib
7 May 2026
Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir k…
6 May 2026
eTAP və Narıncı Art təşkilatlarının birgə əməkdaşlığı ilə uğurlu fəaliyyət
6 May 2026
Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifliyə həsr olunmuş “Vətənin Azəri” sənədli filminin n…
1 May 2026
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Ağstafada növbəti könüll…
28 Aprel 2026