Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Düşün, Danış, Yüksəl” layihəsi uğurla başa çatıb.
Layihə çərçivəsində Laçın şəhəri 2 nömrəli tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəblərinin 8–10-cu sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda “Ən yaxşı təqdimat” müsabiqəsi təşkil olunub. Müsabiqənin əsas məqsədi şagirdlərin layihə müddətində əldə etdikləri natiqlik, təqdimat və ictimai çıxış bacarıqlarını praktik şəkildə nümayiş etdirmələrinə şərait yaratmaq olub.
Şagirdlər hazırladıqları təqdimatlarla münsiflər heyəti qarşısında çıxış edərək nitq quruculuğu, məntiqi ardıcıllıq, bədən dili, səs tonu və tarixi faktlardan istifadə bacarıqlarını nümayiş etdiriblər. Müsabiqə iştirakçıların özünüifadə, tənqidi düşünmə və auditoriya qarşısında çıxış etmə bacarıqlarının inkişafına mühüm töhfə verib.
Daha sonra layihənin bağlanış mərhələsi keçirilərək müsabiqənin nəticələri elan olunub, fərqlənən iştirakçılar mükafatlandırılıb, digər şagirdlər isə sertifikatlarla təltif ediliblər. Tədbir çərçivəsində layihənin ümumi nəticələri dəyərləndirilib, iştirakçılar layihə ilə bağlı təəssüratlarını bölüşüblər.
Həyata keçirilən fəaliyyətlər nəticəsində şagirdlərin natiqlik və təqdimat bacarıqlarında nəzərəçarpacaq inkişaf müşahidə olunub, onların auditoriya qarşısında sərbəst və inamlı çıxış etmə bacarıqları güclənib. Beləliklə, layihə qarşıya qoyulan məqsəd və vəzifələrə nail olunaraq uğurla yekunlaşıb.
“İnklüzivliyin Sirri 12” adlı konfrans uğurla baş tutdu
19 Sentyabr 2026
“Yaşayan Mədəniyyət – Bakı Mədəni Maarifləndirmə Festivalı” keçirilib
19 Sentyabr 2026
“Söz Gücü: Debat Klubu” layihəsi çərçivəsində debat çempionatı keçirilib
23 İyun 2026
“Bakı MUN 2025 – Gənc Diplomatlar Konfransı” layihəsi çərçivəsində 2 günlük BMT simulyasiya konfran…
16 İyun 2026
Naxçıvanı intellekt yarışlarında təmsil edəcək komandalarla görüş keçirilib.
7 May 2026
Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Ağstafaya səfər edib
7 May 2026
Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir k…
6 May 2026
eTAP və Narıncı Art təşkilatlarının birgə əməkdaşlığı ilə uğurlu fəaliyyət
6 May 2026
Ağstafalı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifliyə həsr olunmuş “Vətənin Azəri” sənədli filminin n…
1 May 2026
Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Ağstafada növbəti könüll…
28 Aprel 2026