Təhsil İdman Peşə İnnovasiya Karyera

Yerli Layihələr

Logo

Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

      Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Ağcabədi rayonunda Ağcabədi Regional ASAN Xidmət Mərkəzi, Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəliyi, Ağcabədi Rayon İcra Hakimiyyəti, Ağcabədi Peşə Məktəbi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin birgə əməkdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev İrsi: Tarix, Kimlik və Dövlətçilik” adlı tədbir keçirilib.

   Tədbirdə dövlət qurumlarının nümayəndələri, ictimai fəallar, gənclər və rayon ictimaiyyəti iştirak edib.

      Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, dövlətçilik irsinə, milli yaddaş və kimlik məsələlərinə həsr olunmuş sərgi ilə tanış olublar.

       Daha sonra tədbirin rəsmi hissəsi başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçmiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilib.

     Tədbirin davamında Ağcabədi Regional ASAN Xidmət Mərkəzinin direktoru Rəhim Qarayev, Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə nümayəndəsi Radə Qafarova, Ağcabədi Peşə Məktəbinin direktoru Fərrux Rəhimli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşı Rüstəm Xudiyev və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Məmmədova çıxış ediblər.

   Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi, müasir idarəetmə prinsipləri, milli kimlik, tarixi yaddaş, təhsil və maarifçiliyin cəmiyyətin inkişafındakı rolu, eləcə də vətəndaşlıq şüurunun formalaşdırılması məsələlərindən bəhs olunub.

    Qeyd edilib ki, Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyası bu gün də Azərbaycanın inkişaf strategiyasının əsas sütunlarından biridir. Milli dəyərlərin qorunması, gənclərin maarifləndirilməsi, vətəndaş məsuliyyətinin gücləndirilməsi və dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətin əhəmiyyəti xüsusi vurğulanıb.

    Tədbirin sonunda təşkilatçılara və iştirakçılara təşəkkür bildirilib, xatirə fotosu çəkdirilib.


Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib Ağcabədidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
6 May 2026