Sentyabrın 15-də Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin direktoru Tural Novruzov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, şəhid ailələrinin üzvləri, məktəb kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova giriş nitqi ilə çıxış edərək müəllim və şagirdləri yeni dərs ili münasibətilə təbrik edib, məktəbin 227 şagirdlə yeni tədris ilinə başladığını bildirib.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında məktəbin qədim tarixi və rəmzi əhəmiyyətinə toxunaraq müəllim və şagirdlərin üzərinə düşən məsuliyyəti qeyd edib. Nazir bildirib ki, məktəb yalnız biliklərin ötürülməsi deyil, həm də vətənpərvərlik, milli dəyərlərə hörmət formalaşdıran mühitdir. Emin Əmrullayev çıxışının sonunda müəllim və şagird heyətinə uğurlar arzulayıb, təhsil sahəsində islahatların davam etdiriləcəyini diqqətə çatdırıb.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək məktəb kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, Şuşada bərpa olunan təhsil infrastrukturunun önəmini vurğulayıb.
Tədbir məktəblilərin hazırladığı bədii hissə ilə davam etdirilib.
Naxçıvanda məktəblilər arasında debat çempionatı keçiriləcək
5 Noyabr 2026
“Yeni tədris ili: Məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib
20 Sentyabr 2026
“Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başladı
16 Sentyabr 2026
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13 İyun 2026
Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır
2 İyun 2026
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak et…
1 İyun 2026
Təhsil Tələbə Kredit Fondu Ağcəbədi pedaqoji kollecində infosesiya keçirib.
18 May 2026
“Pixar Dərsləri” layihəsinin təlimləri uğurla yekunlaşıb
25 Aprel 2026
“İngilis dili ilə qlobal imkanlara açılan qapı” layihəsi çərçivəsində növbəti təlim keçirilib
19 Aprel 2026
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci ilə Elmi-Təcrübə Mərkəzi arasında əməkdaşlıq müqavil…
1 Aprel 2026