Təhsil İdman Peşə İnnovasiya Karyera

Orta Təhsil

Logo

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və ADA University birgə təşkilatçılığı ilə "Valideyn məktəbi' layihəsi çərçivəsində görüş keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və ADA University birgə təşkilatçılığı ilə "Valideyn məktəbi' layihəsi çərçivəsində görüş keçirilib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və ADA University birgə təşkilatçılığı ilə "Valideyn məktəbi' layihəsi çərçivəsində görüş keçirildi.

28 fevral 2026-cı il tarixində AGMA-nın sədri Pərvinə Qədimova və layihənin həmmüəlliflərindən biri Turab Əhmədovla təlimçi qismində iştirak edəcək müəllimlərlə onlayn görüş keçirilib. Görüşdə layihənin mahiyyəti, məqsəd və vəzifələri, görüləcək işlər haqqında ətraflı məlumat verilib.

Layihənin əsas məqsədi valideynlərin pedaqoji və psixoloji maarifləndirilməsini təmin etmək, onların övladlarının təlim-tərbiyə prosesində daha fəal və şüurlu iştirakını gücləndirməkdir.

“Valideyn məktəbi” layihəsi valideyn–məktəb əməkdaşlığının sistemli şəkildə inkişaf etdirilməsini, uşaqların akademik nailiyyətləri ilə yanaşı, mənəvi, emosional və sosial inkişafına dəstəyin artırılmasını hədəfləyir.

Eyni zamanda, müasir dövrdə valideynlərin qarşılaşdığı çağırışlar rəqəmsal mühitin təsiri, davranış problemləri, motivasiya çətinlikləri və digər aktual məsələlər barədə praktik bilik və bacarıqların aşılanması layihənin əsas istiqamətlərindəndir.

Qeyd edək ki, layihənin davamlılığı üçün təlimçilər yaşadıqları icmada valideynlərlə görüşlər keçirəcəklər.


Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və ADA University birgə təşkilatçılığı ilə "Valideyn məktəbi' layihəsi çərçivəsində görüş keçirilib
2 Mart 2026