Təhsil İdman Peşə İnnovasiya Karyera

Orta Təhsil

Logo

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir

Elm və Təhsil Nazirliyi tərəfindən 2026 – 2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üzrə təkmilləşdirilməsi və ya hazırlanması planlaşdırılan dərslik layihələri, eləcə də onlarla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir. 

Dərslik komplektlərinin layihələri 🌐 www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində mərhələli şəkildə yerləşdirilir.

Elm və Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri və digər maraqlı tərəfləri müzakirəyə təqdim olunan dərslik layihələri ilə bağlı rəy və təkliflərini saytdakı xüsusi bölmə və ya derslik@edu.gov.az elektron poçt ünvanı vasitəsilə göndərməyə dəvət edir.


Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir
2 Mart 2026