Mən yazıçılığımdan ziyadə müəllimliyimlə iftixar edirəm” adlı tədbir - disput keçirilib.
6 oktyabr 2026-cı il tarixində Həbibbəy Mahmudbəyov adına 2 nömrəli Texniki-Humanitar Liseyin akt zalında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı və böyük pedaqoq Abdulla Şaiqin anadan olmasının 145 illiyinə həsr olunmuş “Mən yazıçılığımdan ziyadə müəllimliyimlə iftixar edirəm” adlı tədbir - disput keçirilib.
Abdulla Şaiqin Mənzil-Muzeyi və Həbibbəy Mahmudbəyov adına 2 nömrəli Texniki-Humanitar Liseyin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə liseyin rəhbərliyi və müəllim kollektivi, 8-ci sinif şagirdləri, həmçinin Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşları iştirak ediblər.
Tədbirdə Abdulla Şaiqin zəngin ədəbi irsi ilə yanaşı, onun pedaqoji fəaliyyəti, müəllimlik məfkurəsi və gənc nəslin mənəvi-intellektual inkişafına verdiyi töhfələr diqqət mərkəzində olub. Tədbirin təşkilində xüsusi fəallıq göstərən Azərbaycan dili və ədəbiyyatı müəllimi Ellada Həziyeva çıxış edərək iştirakçıları salamlayıb, belə bir ədəbi-mədəni görüşün keçirilməsinə töhfə verməkdən məmnunluğunu ifadə edib və muzey rəhbərliyinə təşəkkürünü bildirib.
Daha sonra Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru, ədibin nəvəsi Ülkər Talıbzadə çıxış edərək Abdulla Şaiqin yaradıcılıq və pedaqoji irsinin əhəmiyyətindən danışıb, şagirdlərə ədəbiyyata maraq və sevgi ilə yanaşmağı tövsiyə edib.
Tədbirin əsas hissəsində Abdulla Şaiqin Mənzil-Muzeyinin böyük elmi işçisi Elminaz Məmmədlinin moderatorluğu ilə ədəbi əsərlərin ideya-məzmun əsaslarının təhlili, obrazların müasir dövr meyarları baxımından izahına həsr edilmiş disput keçirilib. Şagirdlərin Abdulla Şaiqin “Məktub yetişmədi” və Cəlil Məmmədquluzadənin “Poçt qutusu” əsərləri əsasında hazırladıqları çıxışlar dinlənilib. Əsərlərin məzmunu, obrazların xarakteri, müəlliflərin cəmiyyətə münasibəti və əsərlərdə qaldırılan sosial-mənəvi problemlər geniş şəkildə təhlil edilib. Əsərlərin müasir dövrlə müqayisəli şəkildə şərh olunması, şagirdlərin sərbəst fikir yürütməsi və fərqli baxışlar ətrafında canlı müzakirə aparması tədbirə xüsusi dinamizm qatıb.
Fikir mübadiləsi zamanı hər iki sənətkarın yaradıcılığında maarifçilik ideyaları, insan və cəmiyyət münasibətləri, savadlanmanın və dünyagörüşünün əhəmiyyəti kimi məsələlərə toxunulub. Şagirdlərin mövzuya hazırlıqlı və yaradıcı yanaşmaları, əsərlərin ideya-bədii xüsusiyyətlərini müasir həyatla əlaqələndirmələri maraqla qarşılanıb.
Tədbirin sonunda liseyin direktoru Elvin Aslanlı çıxış edərək belə bir maarifləndirici ədəbi disputun təşkilinə görə muzey rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.
Bu disput Abdulla Şaiqin “Mən yazıçılığımdan ziyadə müəllimliyimlə iftixar edirəm” fikrinin mahiyyətini bir daha nümayiş etdirib. Böyük ədibin yaradıcılığı və pedaqoji irsi bu gün də gənc nəslin düşüncə dünyasına təsir göstərmək, onları mütaliəyə, araşdırmağa və sərbəst fikir yürütməyə təşviq etmək baxımından öz aktuallığını qoruyur.
“Zəfər nəsli” proqramı çərçivəsində “Şam işığında konsert” keçirilib
10 Noyabr 2026
Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.
6 Noyabr 2026
Məktəblilərin Ordubada ekskursiyası təşkil olunub
23 Oktyabr 2026
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026
Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb!
12 Oktyabr 2026
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
1 Oktyabr 2026
Abdulla Şaiqin Mənzil-Muzeyində 27 sentyabr "Anım Günü"nə həsr edilmiş tədbir keçirildi
24 Sentyabr 2026
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
28 İyul 2026
Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
24 İyul 2026
Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət e…
24 İyul 2026