Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli teatr rəssamı, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq rəssamı Nazim Bəykişiyev 8 sentyabr 2025-ci il tarixində, 77 yaşında vəfat edib.
Nazim Zöhrab oğlu Bəykişiyev 29 iyun 1948-ci ildə Bakıda anadan olub. 1969-cu ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq bölməsini bitirib. Rusiya Teatr Sənəti Akademiyasında (Moskva, QİTİS) quruluşçu rəssam ixtisası üzrə (SSRİ Xalq artisti Sergey Obraztsovun sinfi) təhsil alıb. 1975-ci ildə həmin təhsil ocağından məzun olduqdan sonra Rusiyanın Orconikidze (indiki Vladiqafqaz) şəhərinin Kukla Teatrında və Rus Dram Teatrında quruluşçu rəssam işləyib.
Daha sonra fəaliyyətini Vətəndə davam etdirən Nazim Bəykişiyev
Sumqayıt Dövlət Dram Teatrında quruluşçu rəssam (1978-1980), Musiqili Komediya Teatrında (indiki Akademik Musiqili Teatr; 1980-1991) və Gənclər Teatrında (1991-2001) baş rəssam kimi bir çox səhnə əsərlərinə bədii tərtibat verib. 2001-ci ildən Akademik Milli Dram Teatrının baş rəssamı kimi fəaliyyət göstərib.
O, S.Rəhmanın “Əliqulu evlənir”, H.Cavidin “İblis” və “Afət”, M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Müsyö Jordan və dərviş Məstəli şah”, V.Səmədoğlunun “Yayda qartopu oyunu”, “Generalın son əmri”, V.Şekspirin “Hamlet”, O.İoselianinin “Kaş araba aşmayaydı”, J.Koktonun “İnsan səsi”, A.Məsudun “Qatarın altına atılan qadın”, V.Hüqonun “Qadın məhəbbəti”, Elçinin “Qatil”, M.Qavranın “Qəribə, çox qəribə əhvalat”, C.Məmmədquluzadənin “Dəli yığıncağı” və s. tamaşaların quruluşçu rəssamı olub.
Nazim Bəykişiyev uzun illər çalışdığı Azərbaycan Rəssamlıq Akademiyasında yeni rəssamlar nəslinin yetişdirilməsinə də öz töhfəsini verib.
Milli teatr sahəsindəki xidmətləri və uzunillik yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilən sənətkar 1984-cü ildə Dövlət mükafatına, 2002-ci ildə “Əməkdar rəssam”, 2006-cı ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülüb. 2009-cu ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq rəssamı Nazim Bəykişiyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.
“Zəfər nəsli” proqramı çərçivəsində “Şam işığında konsert” keçirilib
10 Noyabr 2026
Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.
6 Noyabr 2026
Məktəblilərin Ordubada ekskursiyası təşkil olunub
23 Oktyabr 2026
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026
Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb!
12 Oktyabr 2026
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
1 Oktyabr 2026
Abdulla Şaiqin Mənzil-Muzeyində 27 sentyabr "Anım Günü"nə həsr edilmiş tədbir keçirildi
24 Sentyabr 2026
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
28 İyul 2026
Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
24 İyul 2026
Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət e…
24 İyul 2026