Mədəniyyət Nazirliyi və Daha tv-nin birgə layihəsi olan “Beyin fırtınası” müzakirə platformasında çağımızın sosial, mədəni, fəlsəfi, elmi mövzuları müzakirə olunacaq. Gənclərin, tələbələrin və ekspertlərin iştirakıyla gerçəkləşəcək müzakirələr Azərbaycandakı dünyanı və dünyadakı Azərbaycanı əhatə edəcək.
Layihə Azərbaycanın mədəni-intellektual irsini rəqəmsal platformaya daşımağı, müstəqillik illərində yetişmiş yazıçı və şairlərin, alim və filosofların, sosioloqların çıxış və müzakirələrinə yer verməyi, regionalardakı mədəniyyət mərkəzlərində intellektual müzakirələrin təşkilini, Azərbaycandan kənarda yaşayan azərbaycanlı elm və sənət adamlarıyla əlaqə yaratmağı, onların gənc nəsil üçün faydalı olan təcrübələrini sosial şəbəkələr vasitəsilə ictimailəşdirməyi, mənəvi dəyərlərin aşınmasına qarşı cəmiyyətin mədəni immunitetini gücləndirməyi, Azərbaycan dilinin zənginləşməsi üçün IV Sənaye çağının mövzularını Azərbaycan dilində yayımlamağı hədəfləyir.
“Beyin fırtınası” proqramında sənətin, elmin, fəlsəfənin aktual mövzuların aid auditoriyanın və ekspertlərin iştirakıyla gerçəkləşdiriləcək müzakirələr şəxslər deyil, şərhlər üzərində qurulacaq.
Layihədə tənqidi təfəkkürlə yaradıcı düşüncənin, ənənəylə yeniliyin dialoqu baş tutacaq.
Fikirlərin, faktların, alternativlərin yarışı kimi təşkil olunan müzakirələr intellektual mühitin genişlənməsinə, elitar mədəniyyətin formalaşmasına xidmət edəcək.
“Beyin fırtınası” başlayır!
“Zəfər nəsli” proqramı çərçivəsində “Şam işığında konsert” keçirilib
10 Noyabr 2026
Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.
6 Noyabr 2026
Məktəblilərin Ordubada ekskursiyası təşkil olunub
23 Oktyabr 2026
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026
Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb!
12 Oktyabr 2026
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
1 Oktyabr 2026
Abdulla Şaiqin Mənzil-Muzeyində 27 sentyabr "Anım Günü"nə həsr edilmiş tədbir keçirildi
24 Sentyabr 2026
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
28 İyul 2026
Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
24 İyul 2026
Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət e…
24 İyul 2026