Avqustun 2-də görkəmli kino və teatr aktyoru, Azərbaycan Respublikasının Kino Agentliyi Müşahidə Şurasının üzvü, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Fəxrəddin Manafovun 70 yaşı tamam olur.
Bu münasibətlə avqustun 1-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində aktyorla görüş keçirilib.
Fəxrəddin Manafovu 70 illik yubileyi münasibətilə təbrik edən mədəniyyət naziri Adil Kərimli ona xoş arzularını çatdırıb.
Qeyd olunub ki, aktyor ömrünün böyük hissəsini Azərbaycanda kino və teatr sahələrinin inkişafına həsr edib. O, müxtəlif ekran əsərlərində, teatr tamaşalarında oynadığı xarakterik rollarla ölkəmizdə və xaricdə geniş tamaşaçı rəğbəti qazanıb.
Sənətkarın yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin 1 avqust 2025-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülməsi onun kino sənətinin inkişafında xidmətlərinə göstərilən diqqətin daha bir göstəricisidir.
Adil Kərimli Fəxrəddin Manafovun mədəniyyətimizin inkişafına verdiyi töhfələrə görə Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldüyünü deyib və təltifi yubilyar aktyora təqdim edib.
Xalq artisti yaradıcılığına göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Görüşdə aktyorla xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, 1977-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi fəaliyyətə başlayan Fəxrəddin Manafov "Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm... bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" və s. ekran əsərlərində rəngarəng obrazlar qalereyası yaradıb.
“Zəfər nəsli” proqramı çərçivəsində “Şam işığında konsert” keçirilib
10 Noyabr 2026
Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.
6 Noyabr 2026
Məktəblilərin Ordubada ekskursiyası təşkil olunub
23 Oktyabr 2026
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026
Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb!
12 Oktyabr 2026
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
1 Oktyabr 2026
Abdulla Şaiqin Mənzil-Muzeyində 27 sentyabr "Anım Günü"nə həsr edilmiş tədbir keçirildi
24 Sentyabr 2026
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
28 İyul 2026
Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
24 İyul 2026
Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət e…
24 İyul 2026