Təhsil İdman Peşə İnnovasiya Karyera

Mədəniyyət

Logo

Azərbaycan ilə Macarıstan arasında mədəni əməkdaşlığa dair proqram imzalanıb

Azərbaycan ilə Macarıstan arasında mədəni əməkdaşlığa dair proqram imzalanıb

Azərbaycan ilə Macarıstan arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir. İki ölkənin mədəni əməkdaşlığı da ildən-ilə genişlənməkdədir.
Sentyabrın 24-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Macarıstanın mədəniyyət və innovasiyalar naziri Balazs Hankonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Görüşün sonunda “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Macarıstan Mədəniyyət və İnnovasiyalar Nazirliyi arasında 2025-2029-cu illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq proqramı” imzalanıb.
Sənədi Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Macarıstanın mədəniyyət və innovasiyalar naziri Balazs Hanko imzalayıblar.
Beşillik proqramda mədəni irsin rəqəmsallaşdırılması, mədəni və yaradıcı sənayelər, həmçinin ədəbiyyat, təsviri və tətbiqi sənət, musiqi, teatr, kinematoqrafiya, kitab sənayesi, muzey işi və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.


Azərbaycan ilə Macarıstan arasında mədəni əməkdaşlığa dair proqram imzalanıb Azərbaycan ilə Macarıstan arasında mədəni əməkdaşlığa dair proqram imzalanıb Azərbaycan ilə Macarıstan arasında mədəni əməkdaşlığa dair proqram imzalanıb
24 Sentyabr 2025