24 oktyabr tarixində Bakı Fotoqrafya Evində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əcnəbi tələbə və məzunlarının foto-əsərlərindən ibarət olan “Mən Burdayam\İ am Here” sərgisi açılmışdır. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə həyata keçirən sərgi böyük maraqla qarşılanmışdır.
Təqdim olunan 30 fotoşəkil ADMİU-nun əcnəbi tələbələrinin Bakı, Gənçə, Quba, Şuşa, Ağdam və diqər şəhərlərə səyahətlərinin kiçik hekayələridir. Vətənimiz möhtəşəm mənzərələri, tarixi-mədəni abidələri, gündəlik həyatını əks etməklə yanaşı, tələbə və məzunlar fotolar vasitəsi ilə təəsüratları, münasibətləri və fərd, daxili impulsları ilə bölüşürlər. Sərginin məqsədi bir neçə hədəfi nəzərdə tutur. Tələbələrin mədəni inteqrasiyaya yönəlməsi, yeni mühitdə özlərini rahat, döğma hiss etməsi və universitet və şəhər həyatının ayrılmaz bir hissəsi olduqlarının vurğulamanmasıdır. Bu təşəbbüs onlar üçün özlərini, dünyagörüşlərini və gözləntilərini, həmçinin perspektivlərini səsləndirmək üçün unikal şansdır.
Sərgidə Türkiyə, Özbəkistan, Pakistan və Perudan olan tələbələrin əsərləri nümayiş edirir. Ümimi konseptlə yanaşı iştrakşıların hər biri mövzuya dair fərdi yanaşmasını formalaşdırmışdır və fotonun visual dili vasitəsi ilə təqdim etmişdir.
İştirakçılar:
Asude Yılmaz Mehmet (Turkiyə, Teatr sənəti fakultəsi, bakalavr, 1-ci tədris ili) Bakı və Gəncənin müasir memarlıq və heykəltaraşlıq abidələrin, şəhərin geçə işiqlarını vurğulayır və onları aram təbiət mənzərələri ilə qarşılaşdırır.
Ayzada Seytibaeva (Özbəkistan Rəssamlıq fakultəsi, magistr, 1-ci tədris ili) qeyim dizaynı sahəsində çalışır, aktiv tərzdə sərgilərdə iştrak edir. Fotolarda Ayzadə Qarabağla əlaqəli xatirələrilə bölüşür.
Wasif Bilguis Ahmed (Pakistan, Audio-vizual sənətlər fakultəsi, magistr, 1-ci tədris ili). Bilguisin Bakıya və xüsusilə onun qədim hissəsinə, İçərişəhərə, abidələrin detallarına, rəng və teksturalarına marağı epik yanaşma kontekstində əks olunur.
Fatima Florena Flores Vivar (Peru, Kulturologiya fakultəsi, magistr, məzun) məzun olsada, ADMİU ilə daim əlaqədədir, Təqdim etdiyi konsept Azərbaycanda müşahidə etdiyi tolerantlıq mühitindən ilhamlanaraq yaranmışdır. İçərişəhərin Gileyli məscidi və Bakı Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində çəkdiyi fotolarda bədii həll, maraqlı rakurslar, işıq-kölqə effektləri dərin fəlsəfi yanaşmanı əks edir.
“Zəfər nəsli” proqramı çərçivəsində “Şam işığında konsert” keçirilib
10 Noyabr 2026
Zəfərin Mənəvi Təntənəsi: Abdulla Şaiqin Mənzil-Muzeyində 8 Noyabr – Zəfər Günü qeyd olunub.
6 Noyabr 2026
Məktəblilərin Ordubada ekskursiyası təşkil olunub
23 Oktyabr 2026
Azərbaycan Bəstəkarlar İttifaqı Firəngiz Əlizadəyə dərin hüznlə başsağlığı verir
21 Oktyabr 2026
Şahbaz Alinin “Gəl” mahnısı dinləyicilər tərəfindən sevgi ilə qarşılanıb!
12 Oktyabr 2026
Tofiq Bakıxanovun silinməz izləri hər zaman yaşayacaq
1 Oktyabr 2026
Abdulla Şaiqin Mənzil-Muzeyində 27 sentyabr "Anım Günü"nə həsr edilmiş tədbir keçirildi
24 Sentyabr 2026
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
28 İyul 2026
Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
24 İyul 2026
Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə Xalq artisti Flora Kərimovanı evində ziyarət e…
24 İyul 2026